"Tour de France": 16-cı mərhələ geridə qaldı

16 Sentyabr, 12:51 Sosial mediada paylaşın:
Fransada çoxgünlük “Tur de Frans” velomarafonu davam edir. Yarışın 16-cı mərhələsi arxada qalıb. Almaniyalı Lennard Kamna qalib gələrək mövqeyni yaxşılaşdırıb. Ümumi sıralamaya sloveniyalı Primoj Roqliç başçılıq edir.
“Tour de France” veloyürüşünün 16-cı mərhələsində iştirakçılar 164 km məsafə qət ediblər. Almaniyalı velosipedçi Lennard Kamna finiş xəttini rəqiblərindən tez keçib. O, 4 saat 12 dəqiqə 52 saniyə nəticə göstərib. Ekvadorlu Riçard Karapas 2-ci olub. İlk üçlüyü isə isveçrəli Sebastyan Rayhenbax tamamlayıb. Ümumi yarış cədvəlinə Primoj Roqliç başçılıq edir. O, 70 saat 6 dəqiqə 47 saniyə nəticə ilə birincidir. Tadey Poqaçar liderdən 40 saniyə geri qalır. Kolumbiyalı Uran Riqoberto isə 3-cüdür. 21 mərhələdən ibarət “Tur de Frans” veloyürüşünə sentyabrın 20-də yekun vurulacaq.

CANLI YAYIM