Romada tennis turniri davam edir

16 Sentyabr, 12:46 Sosial mediada paylaşın:
İtaliyanın paytaxtı Romada beynəlxalq tennis turniri davam edir. Yarışın ilk mərhələsi yekunlaşıb. 1/16 finalın bütün iştirakçıları müəyyənləşdib.
Romada beynəlxalq tennis turnirinin ilk mərhələsi yekunlaşıb. 1/32 finalda maraqla gözlənilən görüşlərdən biri argentinalı Fakundo Baqnislə rusiyalı Andrey Rublyov arasında olub. Duelə daha yaxşı başlayan rusiyalı raketka ustası ilk setdə 6:4 hesabı ilə qalib gəlib. Təşəbbüsü əldən verməyən Rublyov ikinci hissədə də eyni nəticə əldə edərək 1/16 finala yüksəlib.
Qadınların mübarizəsində estoniyalı Anett Kontaveytlə fransalı Karolin Qarsiyanın dueli diqqət çəkib. Görüş 1 saat 40 dəqiqə davam edib. İlk setdə 6:3 hesabı ilə qalib gələn estoniyalı tennisçi növbəti hissədə çətinliklə qələbə qazanıb: 7-6. Beləliklə, Kontaveyt mərhələ adlayıb.

CANLI YAYIM