"Monpelye" "Lion"u əliboş yola saldı

16 Sentyabr, 11:46 Sosial mediada paylaşın:
Fransa çempionatında ilk turdan təxirə salınan görüş keçirilib. “Monpelye” öz meydanında “Lion”la qarşılaşıb. Maraqlıdır ki, əksəriyyət Çempionlar Liqasında iddialı çıxışı ilə diqqət çəkən qonaqların qələbəsinə inanırdı. Amma “Monpelye” bu fikirdə olanları yanıldıb.
Fransa çempionatında ilk turdan təxirə salınan görüşdə “Monpelye” “Lion”u qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın ilk hissəsində hesab açılıb. Meydan sahiblərindən Teji Savanye penaltini dəqiq yerinə yetirib. Çox keçmədən qonaqlar azlıqda qalıblar. Ussem Auar qırmızı vərəqə ilə cəzalandırılıb. İkinci yarıda fərq artıb. Savanye dubl edib. 81-ci dəqiqədə “Monpelye”dən Hilton oyundan kənarlaşdırılıb. Memfis Depay penaltidən maksimum yararlanıb. Beləliklə, “Monpelye” 2:1 hesabı ilə qalib gələrək 6 xalla 5-ci pilləy yüksəlib. 4 xalı olan “Lion” 11-cidir.

CANLI YAYIM