“Keşlə”nin üzvü “Sumqayıt”a keçir

16 Sentyabr, 10:30 Sosial mediada paylaşın:
“Keşlə”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev paytaxt klubundan ayrılıb. 30 yaşlı futbolçu artıq özünə yeni komanda da tapıb. Cavidin “Keşlə”dən ayrılmasına səbəb onun zədə səbəbindən mövsümün əvvəlində özünü göstərə bilməməsi olub. Bu üzdən də tərəflər yolları ayırmağa qərar veriblər. İmamverdiyev mövsümün qalan hissəsini “Sumqayıt”da davam etdirəcək. O, bu komandaya icarə əsasında keçib. Yarımmüdafiəçi “kimyaçılar”la mövsümün sonuna kimi anlaşıb.
Qeyd edək ki, Cavid İmamverdiyev daha öncə “Karvan”, “Neftçi”, “Sumqayıt”, “Sabah” və “Keşlə”də oynayıb. O, Türkiyənin “Elazığspor” klubunda legioner həyatı da yaşayıb.
 

CANLI YAYIM