“Zenit” qələbə qazanaraq liderliyə yüksəldi

15 Sentyabr, 11:13 Sosial mediada paylaşın:
Zenit Rusiya premyer liqasının 7-ci turunda Tula "Arsenal"ını qəbul edib. Oyuna güclü hücumlarla başlayan meydan sahibləri ilk hissədə 2 dəfə fərqlənməyə müvəffəq olublar. 25-ci dəqiqədə Andrey Mostovoy hesabı açıb. 6 dəqiqə sonra  Artyom Dzyuba fərqi artırıb. İlk 45 dəqiqədən sonra 2:0 hesabı qeydə alınıb. 1 saatın tamamında "Arsenal" klubu Yuri Kovalyovun vurduğu qolla ümidlənsə də, sona yaxın Aleksandr Yeryoxin "Zenit"in 2 top fərqilə üstünlüyünü bərpa edərək mübarizəyə nöqtə qoyub 3:1.
Beləcə Sankt Peterburq təmsilçisi xallarının sayını 16-ya çatdıraraq liderliyə yiyələnib.Soçi 15 xalla 2-ci, Spartak 14 xalla 3-cüdür.7-ci tura Rostov - Lokomotiv oyunu ilə yekun vurulub. Görüş qolsuz heç-heçəylə başa çatıb. 

CANLI YAYIM