MXL: “Dallas Starz” finala çıxan ilk komandadır

15 Sentyabr, 11:09 Sosial mediada paylaşın:
Milli xokkey liqasının pley-ofunda  "Veqas Qolden Nayts" və "Dallas Starz" komandaları arasında yarımfinal seriyasının 5-ci görüşü keçirilib. Bu oyuna qədər 3:1 hesabilə öndə olan dallaslılar qələbə qazanaraq finala çıxıblar. Halbuki əvvəlcə Veqas təmsilçisi irəli keçib. Çandler Stivenson hesabı açıb. 3-cü hissəyə qədər heç bir komanda fərqlənə bilməyib. Sonuncu periodda Raylli Smit "Qolden Nayts"ın üstünlüyünü daha da möhkəmlədib. Amma Dallas xokkeyçiləri ruhdan düşməyiblər. Onlar Ceymi Benn və Coel Kiviranta sayəsində bərabərliyi təmin edərək qələbə ümidlərini qoruyublar.
Beləliklə 3 perioddan sonra 2:2 hesabı qeydə alınıb.Qalibi müəyyənləşdirmək üçün təyin olunan əlavə vaxtda isə Dallas klubunun rusiyalı üzvü Denis Quryanovun dəqiq zərbəsi komandanı finala çıxarıb.
Xatırladaq ki, “Dallas Starz” tarixində yalnız 1 dəfə 1998-1999-cu illər mövsümündə Stenli kubokunun sahibi olub. Qeyd edək ki, digər finalçı "Nyu York aylanders" - tampa bey qarşılaşmasında müəyyənləşir.
 

CANLI YAYIM