“Denver Naqqets”dən əzmkar qələbə

14 Sentyabr, 12:11 Sosial mediada paylaşın:
Amerika Milli Basketbol Assosiyasının pley-off mərhələsində mübarizə davam edir. 1/4 finalda “Denver Naqqets” komandası “Los-Anceles Klippers”lə qarşılaşıb.Oyuna daha yaxşı başlayan Los –Anceles basketbolçuları böyük fasiləyə 16 xal fərqilə öndə yollanıblar. 63-47. Buna baxmayaraq Denver komandası ruhdan düşməyib. Təşəbbüsü ələ alan “Naqqets” yekunda əzmkar oyunla qalib gəlib. “Denver Naqqets” - “Los-Anceles Klippers”: 111-98.
 
Görüşün ən yaxşısı Nikola Yokiç olub. Denver komandasının basketbolçusu 34 xal, 14 ribaund, 7 məhsuldar ötürmə ilə yadda qalıb. Beləliklə, “Denver Naqqets” seriyada hesabı bərabərləşdirib: 3-3.
 
 

CANLI YAYIM