Rövşən Xəlilov Azərbaycan çempionu olub

14 Sentyabr, 12:05 Sosial mediada paylaşın:
Sentyabrın 12-13-də Su İdman Sarayında Strongman üzrə Azərbaycan çempionatı keçirilib. Azərbaycan Strongman Federasiyasının təşkil etdiyi çempionat pandemiya dövrünün şərtlərinə əsasən açıq havada keçirilib. Çempionatda ölkənin ən nüfuzlu strongmenləri yarışıb. Bu mənada pauerliftinq üzrə 4 qat dünya, 3 qat Avropa çempionu, dünya rekordçusu, Azərbaycan və beynəlxalq dərəcəli usta Rövşən Xəliliovu xüsusi fərqləndirə bilərik. Rövşən Xəlilovun saytımıza verdiyi məlumata görə,  80 kq çəki dərəcəsində keçirilən yarışda o, Azərbaycan çempionu olub. Bununla yanaşı, 95 kq çəki dərəcəsində Kamran Lazımov,  110 kq çəkidə Orxan Həsənzadə və 110+ kq çəkidə Razim Hüseynov fəxri kürsünün ən üst pilləsinə qalxıb. Beləliklə, Azərbaycan biriniciliyin qalibləri Nigeriyada keçiriləcək Dünya Çempionatında iştirak etmək hüququ qazanıb.

CANLI YAYIM