Azərbaycan çempionatında 2-ci tur başa çatdı

14 Sentyabr, 11:58 Sosial mediada paylaşın:
Azərbaycan çempionatının 2-ci turuna “Sabah” – “Qəbələ” matçı ilə yekun vurulub. Meydan sahiblərinin üstünlüyü ilə keçən görüşün ilk hissəsində 2 qol vurulub. Hesab 17-ci dəqiqədə açılıb. Coşqun Diniyevin zərbəsi dəqiq olub. 10 dəqiqədə sonra fərq artıb. Bu dəfə Bəhlul Mustafazadə hədəfdən yayınmayıb. Fasiləyə 2 cavabsız qolla yollanan “Sabah” ikinci yarıda da boş dayanmayıb. 64-cü dəqiqədə millimizin üzvü Ramil Şeydayev hesabı 3:0 edib. Çox keçmədən meydan sahibləri azlıqda qalıblar. Slavik Alxasov qırmızı vərəqə ilə cəzalandırılıb. Buna baxmayaraq “Sabah” komandası hesabı qoruyaraq qələbə sayəsində 4-cü pilləyə yüksəlib. “Qəbələ” isə 1 xalla 7-cidir.

CANLI YAYIM