“Neftçi”də yeni məşqçi təyinatı olub

14 Sentyabr, 10:20 Sosial mediada paylaşın:
"Neftçi”də yeni məşqçi təyinatı reallaşıb. Elşən Poladov “Neftçi-2”nin qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək. 40 yaşlı mütəxəssislə 1 il müddətinə müqavilə bağlanıb. Poladov futbolçu kimi "Xəzər” (Sumqayıt), "Kimyaçı” (Sumqayıt), OİK (Bakı), "Şəfa” (Bakı), "Dinamo” (Bakı), "Bakı”, "Turan” (Tovuz), "Şəmkir”, "Olimpik” (Bakı), "Kəpəz” (Gəncə), "İnter” (Bakı) klublarında oynayıb. "Bakı” və "İnter”lə Azərbaycan çempionu, "Şəfa” və "Bakı” ilə ölkə kubokunun qalibi olub. 2017-ci ildə futbolçu karyerasını bitirəndən sonra məşqçiliyə başlayıb, "Sumqayıt”ın U-16 və U-17 komandalarında çalışıb.

CANLI YAYIM