Sentyabrın 14-də PFL-də prezident seçkisi keçiriləcək

12 Sentyabr, 10:03 Sosial mediada paylaşın:
Peşəkar Futbol Liqasının prezidenti postuna keçiriləcək seçkinin tarixi müəyyənləşib. Seçki 14 sentyabr, saat 12:00-da AFFA-nın inzibati binasında baş tutacaq.
Ramin Musayev PFL-in Nizamnaməsinin 11-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq 4 il müddətinə seçilən Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə yenidən namizədliyini irəli sürüb. PFL üzvləri tərəfindən müvafiq posta alternativ namizəd irəli sürülmədiyi üçün qurumun hazırkı prezidenti Ramin Musayev vahid namizəddir.

CANLI YAYIM