"Leykers" yarımfinal ümidlərini qorudu

11 Sentyabr, 11:49 Sosial mediada paylaşın:
Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında pley-of həyəcanı yaşanır. 1/4 finalda daha bir görüş keçirilib. “Hüston Rokets” və “Los-Anceles Leykers” seriyanın 4-cü oyununda üz-üzə gəlib. Milli Basketbol Assosiasiyasının pley-ofunda 1/4 finalın daha bir oyunu keçirilib. “Los Anceles Leykers”lə seriyada ilk 3 görüşü qələbəylə başa vuran “Hüston Rokets” 4-cü qarşılaşmada uğursuzluğa düçar olub. Los Anceles təmsilçisi mübarizənin əvvəlindən təşəbbüsə yiyələnib. Bu, nəticədə də öz əksini tapıb. Hüston basketbolçularının son periodda 6 xal fərqilə üstün olması, ümumi nəticəyə təsir etməyib. Beləliklə “Los Anceles Leykers” ilk 3 oyunda məğlub olduqdan sonra bu dəfə qələbə qazanıb 110:100. Qalib komandanın heyətində Entoni Devis 29 xal, 12 ribaund, 5 məhsuldar ötürməylə fərqlənib. Bu klubların 5-ci görüşü sentyabrın 13-də keçiriləcək.  

CANLI YAYIM