FIDE dünya çempionu adı uğrunda final görüşündə partiyaların sayını artırıb

14 Aprel, 13:49 Sosial mediada paylaşın:
Beynəlxalq Şahmat Federasiyası (FIDE) dünya çempionu adı uğrunda final qarşılaşmasının formatını dəyişdirdiyini açıqlayıb.
Partiyaların sayı 12-dən 14-ə yüksəldilib. İstirahət günlərinin sayı isə 6-dan 5-ə endirilib. 
Bundan əlavə, final iştirakçıları 40-cı gedişə qədər heç-heçəyə razılaşa bilməzlər.
FIDE vaxta nəzarət kontrolunda da bəzi dəyişikliklər edib və uduş fondunun məbləğini 2 milyon avroya qədər artırıb.

CANLI YAYIM