“Us Open”: Osaka və Azarenka finalda

11 Sentyabr, 11:18 Sosial mediada paylaşın:
Böyük dəbilqə seriyasından “US Open”də qadın tennisçilərin yarışında finalçıların adları məlumdur.Turnirin altıqat qalibi Serena Vilyams yarımfinalda belaruslu Viktoriya Azarenko ilə bacarmayıb. Düzdür, ilk setdə amerikalı raketka ustası 6:1 hesabilə üstün olub. Lakin digər 2 bölümdə Azarenko eyni hesabla - 6:3 qalib gələrək ümumi qələbəni təmin edib. Belaruslu raketka ustası finalda yaponiyalı Naomi Osaka ilə üz-üzə gələcək. Gündoğar ölkəni təmsil edən tennisçi yarımfinalda amerikalı daha bir idmançı – Şelbi Rocersdən üstün olub. Əvvəlcə Osaka tay-brekdə qalib gəlib. 2-ci bölümü Breydi 6:3 hesabilə irəlidə tamamlayaraq ümumi hesab bərabərləşdirib. Lakin həlledici – 3-cü setdə bu dəfə Naomi Osaka rəqibini eyni hesabla məğlub edərək finala vəsiqə qazanıb.
Həlledici oyun sentyabrın 13-də keçiriləcək.  

CANLI YAYIM