Premyer Liqa həmişə olduğu kimi “İdman”TV-də

9 Sentyabr, 12:06 Sosial mediada paylaşın:
İngiltərə futbolu həvəskarlarının intizarına son qoyulur. Həftəsonu Premyer Liqada yeni mövsümə start verilir. Yarışın Azərbaycan teleməkanında dəyişməz ünvanı olan “İdman TV” yeni mövsümdə də çempionatın yayım hüququna yiyələnib.   İngiltərə premyer liqası uzun illərdir  dünyanın ən maraqlı və gərgin futbol yarışıdır desək, yanılmarıq.  Bəli, bir çox mütəxəssis də bu çempionatı planetin birnömrəli futbol turniri kimi qiymətləndirir. Hətta bəziləri İngiltərə premyer liqasında ali mükafatı qazanmağın,UEFA Çempionlar Liqası kubokuna sahib olmaqdan daha çətin olduğunu bildirir.Yüksək səviyyəli təşkilatçılığı ilə seçilən bu yarışda  20 komanda arasında sözün əsl mənasında güzəştsiz mübarizə gedir. Analitiklərin fikrincə İngiltərə çempionatında oyunların nəticəsini əvvəlcədən proqnozlaşdırmaq demək olar ki, mümkünsüzdür. Çünki bu yarışda aşkar autsayder belə hamını təəccübləndirmək iqtidarındadır. Transferlərə 100 milyonlarla pul xərcləyib, dünyanın ən nüfuzlu baş məşqçisini komandaya gətirə bilərsən, amma bu, sənin çempionluğunu əvvəlcədən təmin etməyəcək. Belə bir məqamda 4 il əvvəlki "Lester" nağılını xatırlamaq lap yerinə düşər. Demək olar ki, bütün ölkələrdə böyük 4-lük anlayışı var. İngiltərə bu mənada da fərqlənir.
Premyer liqada son illərdə qeydə alınan nəticələr böyük 6-lığı şərtləndirib. Yəni siyahıda "Mançester Yunayted", "Liverpul", "Çelsi", "Arsenal"dan əlavə "Mançester Siti' və "Tottenham"i görürük. Bu çempionatda stereotiplər çoxdan qırılıb. Mühafizəkar baş məşqçilər novatorlarla əvəzlənib. Bu isə İngiltərə klublarına avrokuboklarda da uğur qazanmağa imkna yaradır. Bayaq böyük 6-lıqdan danışdıq. Həmin siyahıya daxil olan bütün komandaların ölkəmizdə fan klubları var. Bu təşkilatların üzvləri isə “İdman TV”yə mütəmadi dəvət olunaraq müxtəlif verilişlərdə iştirak edirlər. Onlar uzun illərdir ki, sevimli komandalarının oyunlarını məhz kanalımızda izləyirlər.
Fəxrlə bildiririk ki, “İdman TV” Premyer Liqada 2020-2021-ci illər mövsümünün eksklüziv yayım hüququna da yiyələndi. Hər turun ən maraqlı görüşlərini futbolsevərlərə həmişə olduğu kimi yüksək keyfiyyətdə təqdim ediləcək. Qarşılaşmaların məlum səbəbdən  azarkeşsiz keçirilməsi isə əslində elə də böyük problem yaratmır. Çünki çempionat rəhbərliyi məcburi fasilədən sonra tamaşaçı ilə dolu olan əsl stadion ab-havası yaratmaq üçün arenalarda səs effektləri tətbiq edir. Hətta İngiltərə sistemdən ilk dəfə  yararlanan Almaniyanı da keyfiyyət baxımından arxada qoyur. Futbolun bütün gözəlləriklərini özündə cəmləyən İngiltərə premyer liqası  Azərbaycanda həmişəki ünvanı - İdman TV-də yayımlanacaq. Odur ki, futbol mübarizəsinin həyəcan dolu gərginliyini hiss etmək, sevimli komandanıza dəstək olmaq üçün əvvəlki kimi bizi izləyin.         

CANLI YAYIM