“Veqas Qolden Nayts” seriyada hesabı bərabərləşdirdi

9 Sentyabr, 11:40 Sosial mediada paylaşın:
Milli Xokkey Liqasında pley-of keçirilir. Yarımfinalda “Veqas Qolden Nayts”la “Dallas Starz” komandaları seriyanın 2-ci görüşündə üz-üzə gəliblər.
“Veqas Qolden Nayts”la yarımfinalın ilk oyununda minimal hesabla qalib gələn “Dallas Starz” 2-ci görüşdə uğursuzluğa düçar olub.Veqas təmsilçisi inamlı qələbə qazanaraq seriyada ümumi hesabı bərabərləşdirib. Qarşılaşmada bütün qollar 2-ci perioda təsadüf edib. Əvvəlcə Pol Ştyatsnı Veqas xokkeyçilərini irəli keçirib. Çox keçmədən Vilyam Karlsson fərqi artırıb. Hissənin sonuna yaxın isə Tomaş Nosekin yekun nəticəni müəyyənləşdirib. “Veqas Qolden Nayts” – “Dallas Starz” 3:0. Beləcə seriyada hesab 1:1 olub. Bu komandaların 3-cü oyunu sentyabrın 11-nə təyin edilib.

CANLI YAYIM