Azərbaycan millisi 50-ci qələbəsini qazandı

9 Sentyabr, 11:19 Sosial mediada paylaşın:
Futbolçularımız UEFA millətlər liqasında 2-ci görüşə çıxıblar. C divizonunun 1-ci qrupunda mübarizə aparan seçməmiz bu dəfə səfərdə Kipr yığması ilə qarşılaşıb. Komandamız oyuna güclü hücumçularla başlayıb. Artıq 13-cü dəqiqədə Ramil Şeydayev fərqlənməyə yaxın olsa da, qapıçı Xaralambos Kiriakidis qola imkan verməyib. Çox keçmədən, Azərbaycan futbolçuları daha bir təhlükəli vəziyyət yaradıblar. Bu dəfə Təmkin Xəlilzadənin zərbəsindən sonra rəqib qolkiper topu dəf edib. Seçməmizin inamlı çıxışı 29-cu dəqiqədə bəhrəsini verib. Kapitan Maksim Medvedev qarşısıalınmaz zərbə sayəsində hesabı açıb. Komandamız bütün komponentlərdə rəqibi üstələyərək ilk hissəni minimal hesabla öndə başa vurub. Fasilədən sonra isə meydan sahibləri tədricən təşəbbüsə yiyələniblər. Amma Kipr futbolçularının səyi heç bir nəticə verməyib. Secməmiz etibarlı oynayaraq sərfəli hesabı qoruyub.
Beləliklə, Azərbaycan yığması Kipr səfərindən 3 xalla qayıdıb. Bu, millimizin tarixində 50-ci qələbə kimi yadda qalıb. 

CANLI YAYIM