“Qəbələ” xorvatiyalı müdafiəçi transfer etdi

9 Sentyabr, 10:45 Sosial mediada paylaşın:
“Qəbələ” heyətinə yeni futbolçu cəlb edib. Klubun saytının xəbərinə görə, “qırmızı-qaralar” xorvatiyalı müdafiəçi Vinko Medimoreçin keçidini gerçəkləşdirib. 26 yaşlı legionerlə 1+1 illik müqavilə imzalanıb. Peşəkar karyerasına “Koprivinitsa”da başlayan müdafiəçi 2014-2015-ci illər mövsümündə bu komandada çıxış edib. 2015-ci ildə “Slaven”ə keçən Vinko son 5 mövsümdə yüksək dəstə təmsilçisinin formasını geyinib. O, bu komandada 98 oyunda 4 qol vurub. Arxa xətt oyunçusu 2015-2016-cı illər mövsümündə Xorvatiya kubokunun finalçısı olub.  

CANLI YAYIM