MBA:1/4 final mərhələsi davam edir

8 Sentyabr, 12:57 Sosial mediada paylaşın:
Amerika Milli Basketbol Assosiyasının pley-off mərhələsində mübarizə davam edir. 1/4 finalda “Toronto Reptors” “Boston Seltiks”lə qarşılaşıb. Orlandoda keçirilən görüşə Boston basketbolçuları daha yaxşı başlayaraq böyük fasiləyə öndə yollanıblar: 62-35. Sonradan təşəbbüsü ələ alan Toronto komandası çox çalışsa da, yekunda məğlub olub.“Toronto Reptors” - “Boston Seltiks”: 89-11. “Boston Seltiks” seriyada hesabda önə keçib: 3-2.
Oyunun ən yaxşısı Ceylen Braun olub. “Boston Seltiks”in basketbolçusu 27 xal, 6 ribaundla yadda qalıb.
Digər oyunda isə “Los-Anceles Klippers” “Denver Naqqets”lə qarşılaşıb. Los Anceles basketbolçuları 113-107 hesabı ilə qalib gələrək seriyada önə keçib: 2:1.

CANLI YAYIM