“Miluoki Baks” və “Los Anceles Leykers” qalib gəldi

7 Sentyabr, 12:48 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasında pley-of mərhələsi keçirilir. “Mayami Hit” maksimum nəticəylə yarımfinala çıxmaq imkanından məhrum olub. Florida təmsilçisi “Miluoki Baks”la seriyanın ilk 3 görüşündə qələbə qazansa da, həlledici ola biləcək 4-cü qarşılaşmada uduzub. 4 perioddan sonra 107:107 hesabı qeydə alındığından qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin olunub. Overtaymda Miluoki basketbolçuları cüzi üstünlük qazanaraq ümumi qələbəni təmin ediblər 118:115. Hazırda “Mayami Hit” seriyada 3:1 hesabilə öndədir. 5-ci oyun sentyabrın 9-da olacaq. “Hüston Rokets”lə ilk qarşılaşmada məğlub olan “Los Anceles Leykers” 2-ci görüşdə rəqibindən üstün olaraq seriyada hesabı bərabərləşdirib. Los Anceles təmsilçisi əsasən ilk 2 periodda əldə etdiyi üstünlük sayəsində oyunu 117:109 hesabilə qalib tamamlayıb. Bu komandalar arasında 3-cü görüş də sentyabrın 9-na təyin olunub.

CANLI YAYIM