F 1 üzrə İtaliya "Qran-Pri"sində gözlənilməz nəticə

7 Sentyabr, 12:40 Sosial mediada paylaşın:
Formula 1 üzrə İtaliya "Qran-pri"sinin finalı olub. Həlledici turnir “Ferrari” üçün kabusa çevrilib. Əvvəlcə Sebastyan Fettel bolidinin əyləc sistemində yaranan problemə görə yarışdan çıxıb.Onun komanda yoldaşı Şarl Lekler isə qəzaya uğrayıb. Buna görə yarışda fasilə yaranıb.Təsnifatda fərqlənən “Mersedes” pilotu Lüis Hemilton həlledici mərhələdə uğursuzluq yaşayıb. O, bağlı pit-leynə daxil olduğuna görə cərimələnib.Böyük britaniyalı idmançı bərpadan sonra yalnız 7-ci yeri tuta bilib. İtaliya "Qran-pri"sinin qalibi isə “Alfa Tauri”nin üzvü Pyer Qasli olub. Bu, fransalı idmançının Formula 1 üzrə dünya çempionatında ilk böyük nailiyyətidir. “Maklaren”dən Karlos Sayns 2-ci, “Reysinq Point”dən Lens Stroll 3-cü yeri tutub. 7 il, başqa sözlə 146 yarışdan sonra ilk dəfə nə “Mersedes”, nə “Ferrari”, nə də “Red bull”un pilotu mərhələ qalibi ola bilib.

CANLI YAYIM