Stiv Neş “Bruklin”in yeni baş məşqçisidir

4 Sentyabr, 12:07 Sosial mediada paylaşın:
İki dəfə MBA-da mövsümün ən dəyərli oyunçusu seçilən Stiv Neş “Bruklin Nets”in baş məşqçisi təyin olunub. Sabiq basketbolçu klubla 4 illik müqavilə imzalayıb. Bu müddətə “Nets”də məşqçi səlahiyyətlərini həyata keçirən Jak Von Neşin assisenti kimi fəaliyyət göstərəcək. Maraqlıdır ki, Vonun məvacibi də azalmayacaq və bununla da o, MBA-da ən çox maaş alan köməkçi kimi diqqət mərkəzinə düşəcək. Xatırladaq ki, Stiv Neş 2015-ci ildə karyerasını bitirib və bu müddətdə “Qolden Steyt”də məsləhətçi kimi çalışıb.
“Bruklin”ə gəlincə, Nyu-York klubu mövsümün gedişində baş məşqçi Kenni Atkinsonu istefaya göndərmişdi. Bu müddət ərzində Amerika mətbuatı “Bruklin Nets”in “San Antonio”nun baş məşqçisi Qreqq Popoviçlə anlaşacağını yazsa da, bu informasiya öz təsdiqini tapmadı.  

CANLI YAYIM