MBA: ¼ final mərhələsi davam edir

2 Sentyabr, 13:35 Sosial mediada paylaşın:
Amerika Milli Basketbol Assosiyasının pley-off mərhələsində mübarizə davam edir. ¼ finalda “Toronto Reptors” “Boston Seltiks”lə qarşılaşıb. Orlandoda keçirilən görüşə Boston basketbolçuları daha yaxşı başlayaraq böyük fasiləyə 2 xal fərqilə öndə yollanıb:50-48.3-cü hissədə Toronto komandası qalib gəlsə də, yekunda məğlub olublar. “Toronto Reptors” – “Boston Seltiks”: 99-102.
Oyunun ən yaxşısı Ceyson Teytum olub. “Boston Seltiks”in basketbolçusu 34 xal, 8 ribaund, 6 məhsuldar ötürmə ilə yadda qalıb. Beləliklə, “Boston Seltiks” seriyada 2:0 hesabı ilə öndədir.

CANLI YAYIM