Karmelo Entoni “Portlend”də qalmaq istəyir

31 Avqust, 12:33 Sosial mediada paylaşın:
   “Portlend”in forvardı Karmelo Entoni komandasını dəyişmək istəmir. 36 yaşlı basketbolçu mətbuata açıqlamasında növbəti mövsümdə də “Treyl Bleyzers”in heyətində çıxış etmək istədiyini söyləyib:“Növbəti mövsümü də “Portlend”də keçirməyi arzulayıram.Mən artıq burada öz evimi tapmışam. Bu komandada özümü çox rahat hiss edirəm. Komanda yoldaşlarımla əla anlaşıram, elə onlar da mənimlə bir yerdə çalışmaqdan zövq alırlar. Karyeramın indiki mərhələsində mənə “Portlend”dən daha yaxın ola biləcək komanda təsəvvür etmirəm. Ümid edirəm ki, burada da qalacağam.“Treyl Bleyzers” vahid komanda olmaq gücündədir. Biz növbəti mövsüm də uğurlu çıxış edə bilərik”.         
  Qeyd  edək ki, Karmelo Entoni “Portlend”lə müqavilə imzalayana qədər bir il basketbol oynamamışdı.O, hətta “Hyuston”dan getdikdən sonra karyerasını bitirməyə də yaxın idi.Onu da xatırladaq ki, Melonun komandası dünən MBA-nın pley-off seriyasında “Leykers”ə 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

CANLI YAYIM