MBA: 1/4 final mərhələsi başlandı

31 Avqust, 12:14 Sosial mediada paylaşın:
   Amerika Milli Basketbol Assosiyasının pley-off mərhələsində mübarizə davam edir. 1/4 finalda “Toronto Reptors” “Boston Seltiks”lə qarşılaşıb. Orlandoda keçirilən görüşə Boston basketbolçuları daha yaxşı başlayaraq 1-ci hissədə qalib gəliblər: 39-23. “Seltiks” böyük fasiləyədək xal fərqini 17-yə yüksəldib: 59-42. 3-cü hissədə Toronto komandası qalib gəlsə də, yekunda məğlub olublar.“Toronto Reptors” – “Boston Seltiks”: 94-112.
   Oyunun ən yaxşısı Ceyson Teytum olub. “Boston Seltiks”in basketbolçusu 21 xal, 9 ribaund, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Beləliklə, “Boston Seltiks” seriyaya qələbə ilə başlayıb.
 

CANLI YAYIM