Hemilton Belçika Qran-prisinin qalibi oldu

31 Avqust, 11:43 Sosial mediada paylaşın:
    Formula 1 üzrə dünya çempionatının 7-ci mərhələsi – Belçika Qran-prisi başa çatıb.1 dövrəsi 7 kilometr 4 metrdən ibarət yarışda ümumi məsafə 308.1 km olub. Finiş  xəttini hamıdan tez  Lüis Hemilton keçib. “Mersedes”in britaniyalı pilotu 1 saat 24  dəqiqə 8,761 saniyə nəticə ilə ilk pillədə qərarlaşıb. Hemiltonun finlandiyalı komanda yoldaşı Valtteri Bottas liderdən 8,448 saniyə geri qalıb.“Red Bull”un niderlandlı sürücüsü Maks Ferstappen isə ilk 3-lüyü tamamlayıb. O, finiş xəttini Hemiltondan 15,455 saniyə gec keçib. 
   Dünya çempionatının növbəti mərhələsi İtaliyada olacaq və sentyabrın 4-dən 6-dək davam edəcək

CANLI YAYIM