Füzuli Məmmədov: “Hər bir rəqibə hörmətlə yanaşırıq”

27 Avqust, 11:00 Sosial mediada paylaşın:
 Ötən mövsümün gümüş mükafatçısı–“Neftçi” Avropa Liqasında mübarizəyə başlayır. Komandamızın 1-ci təsnifat mərhələsində rəqibi Şimali Makedoniyanın “Şkupi” klubudur. Oyun azarkeşsiz keçirilsə də, idman həvəskarları görüşü böyük səbrsizliklə gözləyir.“Neftçi” futbolçuları qarşılaşmaya tam hazırdırlar.
 Oyun öncəsi mətbuat konfransında komandamızın baş məşqçisi Füzuli Məmmədov fikirlərini bölüşüb: "Rəqibi analiz etmişik. Bu komanda haqda topladığımız bütün məlumatları futbolçularımıza bildirmişik.Oyuna çox ciddi yanaşırıq. Komandamız, demək olar ki, tam hazırdır. Matçın başlanmasını gözləyirik. Rəqibin kimliyindən asılı olmayaraq qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bu o demək deyil ki, rəqibi ciddiyə almırıq. Hər bir rəqibə hörmətlə yanaşırıq”.
 Qeyd edək ki, “Baksel Arena”da keçiriləcək görüş bu gün saat 20:00-da başlanacaq.

CANLI YAYIM