Fettel "Aston Martin"lə razılığa gəlib

18 Avqust, 12:00 Sosial mediada paylaşın:
Mövsümün sonunda “Ferrari”dən ayrılacaq Sebastyan Fettelin yeni komandası müəyyənləşib. İtalyanların müqavilə müddətini yeniləmədiyi almaniyalı pilotun yaxın günlərdə yeni iş yerinin adı açıqlanacaq.
Formula 1 üzrə 4 qat dünya çempionu Sebastyan Fettelin gələcək taleyinə aydınlıq gəlib. Avstriya mətbuatının məlumatına görə, Belçika Qran-prisi ərəfəsində almaniyalı pilot “Aston Martin”lə müqavilə imzalayacaq. Buna rəğmən, Fettelin hazırkı adı “Reysinq Point” olan komandada kimi əvəzləyəcəyi məlum deyil. Amma mütəxəssislərin fikrincə, komandanın sahibi olan Lourens Strollun oğlu Lens iş yerini dəyişməyəcək. Bu da o deməkdir ki, Serxio Peres özünə başqa komanda axtarmalı olacaq.
Peresdən söz düşmüşkən, meksikalı pilotun sponsorları “Reysinq Point”ə külli miqdarda pul ödəyərək onu komandada saxlamaq fikrindədirlər. Amma xarici mətbuatın bu iddiasının nə dərəcədə həqiqəti əks etdirdiyini söyləmək çətindir. Amma İtaliyanın nüfuzlu “La Gazzetta Dello Sport” nəşrinin iddiasına görə, Fettel artıq növbəti mövsümdən “Aston Martin” adı ilə mübarizə aparacaq komanda ilə müqavilənin şərtlərini razılaşdırıb. O, yeni komandası ilə uzunmüddətli müqavilə imzalayacaq və ilə 15 milyon avro məvacib alacaq.
 

CANLI YAYIM