Qadın tennisçilərin beynəlxalq turniri davam edir

14 Avqust, 11:19 Sosial mediada paylaşın:
  Amerika Birləşmiş Ştatlarının Leksinqton şəhərində qadın tennisçilərin beynəlxalq turniri davam edir. Mükafat fondu 225 min dollar olan WTA seriyalı turnirdə bütün 1/4 finalçılar müəyyənləşib. Bu mərhələdə amerikalı Uilyams bacılarının dueli diqqət çəkib. Görüş 2 saat 21 dəqiqə çəkib. Mübarizəyə daha yaxşı başlayan Vinus ilk setdə 6:3 hesabı ilə qələbə qazanıb. Sonradan təşəbbüsü ələ alan Serena Uilyams eyni hesabla qalib gələrək tarazlığı bərpa edib.
  Sonuncu setdə 6:4 hesabı ilə rəqibini məğlub edən Serena 1/4 finala yüksəlib. Turnirə avqustun 16-da yekun vurulacaq.
 

CANLI YAYIM