İbrahim Şehiç “Konyaspor”la anlaşıb

14 Avqust, 10:50 Sosial mediada paylaşın:
    2013-2018-ci illərdə ölkə çempionumuz “Qarabağ”ın heyətində çıxış edən İbrahim Şehiçin yeni klubu bəlli olub. Bu mövsüm Superliqaya yüksələn “Ərzurumspor”un heyətində çıxış edən və müqaviləsi başa çatan Bosniyalı qolkiper “Konyaspor”la razılaşma əldə edib.
    İbrahim Şehiç yeni komandası ilə 2 illik müqavilə imzalayıb. Qeyd edək ki, "Konyaspor"un baş məşqçisi 2009-2010-cu ildə "Bakı" komandasına da rəhbərlik etmiş Bülent Korkmazdır.
 

CANLI YAYIM