“Beşiktaş”ın yeni transferi Velinqton Silva oldu

14 Avqust, 10:40 Sosial mediada paylaşın:
   Uzun müddətdir adı İstanbul klubu “Beşiktaş”la hallanan Velinqton Silva nəhayət “Qara qartal”ın heyətinə cəlb olunub. “Alanyaspor”dan keçidi rəsmiləşən 31 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Futbolçunun nə qədər məvacib alacağı hələ ki, sual altındadır.
  Qeyd edək ki, “Alanyaspor”la “Beşiktaş” arasındaki bu transfer kifayət qədər marağa da səbəb olub. Belə ki, İstanbul təmsilçisi Velinqton Silvanın əvəzinə heyətindən Fatih Aksoyu “Alanyaspor”a göndərib.
 

CANLI YAYIM