“Criterium Du Dauphine”:2-ci mərhələ yekunlaşdı

14 Avqust, 10:31 Sosial mediada paylaşın:
  Fransada “Criterium Du Dauphine” veloyürüşü davam edir. İştirakçılar yarışın 2-cü mərhələsində 135 km məsafəni qət ediblər. Sloveniyalı velosipedçi Primoj Roqliç finiş xəttini rəqiblərindən tez keçib.O, 3 saat 39 dəqiqə 40 saniyə nəticə göstərib. Fransa idmançısı Tibo Pino 2-ci olub. O, finiş xəttini liderdən 8 saniyə gec keçib. İlk üçlüyü isə almaniyalı Emmanuel Buxman tamamlayıb. Mərhələnin qalibi olan Primoj Roqliç ümumi yarış cədvəlində liderliyi ələ keçirib. Pino 2-ci, Buxman isə 3-cüdür.
  5 mərhələdən ibarət veloyürüşə avqustun 16-da yekun vurulacaq

CANLI YAYIM