MBA:Lider məğlub oldu

14 Avqust, 10:01 Sosial mediada paylaşın:
  Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında “Los-Anceles Leykers” son oyununa çıxıb. Qərb konfransının lideri bu dəfə “Sakramento Kinqz”lə qarşılaşıb. Sürətli keçən görüşdə 258 xal qeydə alınıb. Orlandoda keçirilən matça daha yaxşı başlayan Los-Anceles basktebolçuları ilk hissədə qalib gəliblər. Sonradan təşəbbüsü əldən verən komanda yekunda məğlub olub. “Los-Anceles Leykers” -“Sakramento Kinqz” - 122:136.
  Oyunun ən yaxşısı Baddi Hild olub. “Sakramento” komandasının üzvü 28 xal, 5 ribaund, 2 məhsuıdar ötürmə ilə yadda qalıb.

CANLI YAYIM