MXL:Həlledici mərhələnin görüşləri keçirilir

13 Avqust, 13:34 Sosial mediada paylaşın:
 Torontoda keçirilən “Boston Bruins” –“Karolina Harrikeyns” qarşılaşması gərgin mübarizə ilə yadda qalıb. Maraqlıdır ki, hər 3 periodda tərəflər hərəyə bir dəfə fərləniblər. Nəticədə görüşün əsas vaxtı 3:3  hesablı heç-heçə başa çatıb. Overtaymda isə “Boston” xokkeyçiləri qələbə qolunu vurmağa nail olublar. Beləliklə 4:3 hesabı ilə qalib gələn “Boston Bruins” seriyada ilk qələbəsini qazanıb.
  Bu areanda keçirilən digər matçda “Vaşinqton Kapitals” – “Nyu York Aylenders”lə üz-üzə gəlib. Matçın gedişində paytaxt klubu 2:0 hesabı ilə önə keçib. Amma qalan vaxtda “Nyu York” komandası ardıcıl 4 qol vuraraq əzmkar qələbə qazanıb. Bu “Nyu york Aylenders”in seriyada ilk qələbəsidir.
 

CANLI YAYIM