Çin çempionatında 4-cü tura start verildi

12 Avqust, 13:40 Sosial mediada paylaşın:
  Çin çempionatında 4-cü turun görüşləri keçirilir.“Şitsyaçjuan” komandası “Tyantsin Teda”nı qəbul edib. Meydan sahiblərinin üstünlüyü ilə keçən matçın 9-cu dəqiqəsində hesab açılıb. Jiyu Jon fərqlənib. Fasiləyə üstün yollanan komanda ikinci yarıda da boş dayanmayıb. 81-ci dəqiqədə fərq artıb. Zanq Yifen hədəfi dəqiq nişan alıb. Hissənin tamamında isə hesab 3:0 olub. Muriqu mübarizəyə nöqtə qoyub.
  Digər oyunda isə “Çonqinq Lifan”la “Qinqdao” qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən matçda hesab açılmayıb.

CANLI YAYIM