Rusiya çempionatında ilk tur yekunlaşdı

12 Avqust, 12:52 Sosial mediada paylaşın:
   Rusiya çempionatının ilk turunda çempion “Zenit” səfərdə “Rotor”la qarşılaşıb.  Qonaqların üstünlüyü ilə keçən matçın ilk hissəsində hesab açılıb. Komandanın kapitanı Artyom Dzyuba fərqlənib. Fasiləyə minimal hesablı qələbə ilə yollanan Sankt-Peterburq futbolçuları ikinci yarıda da meydan sahiblərini mərkəzə dəvət ediblər. Bu dəfə Sebastyan Driussi hədəfdən yayınmayıb. 2 cavabsız qolla qalib gələn “Zenit” mövsümə qələbə ilə başlayıb.
 “Rubin” – “Lokomotiv” matçında da eyni hesab qeydə alınıb. Qonaqlar erkən qolla fərqləniblər. 2-ci dəqiqədə Aleksey Mirançuk hesabı açıb. Fasiləyədək Moskva təmsilçisindən Dmitri Barinov rəqib qapısına yol tapıb. “Rubin” – “Lokomotiv”: 0:2.

CANLI YAYIM