Amerikada tennisçilərin beynəlxalq turniri başlanıb

11 Avqust, 13:28 Sosial mediada paylaşın:
  Amerika Birləşmiş Ştatlarının Leksinqton şəhərində qadın tennisçilərin beynəlxalq turnirinə start verilib. Mükafat fondu 225 min dollar olan WTA seriyalı turnirdə 1/16 final başlanıb. İlk mərhələdə çexiyalı Mari Buzkova və britaniyalı Yohanna Konta qarşılaşıb. Görüş 1 saat 57 dəqiqə çəkib. Mübarizə çexiyalı raketka ustasının üstünlüyü ilə keçib. İlk setdə 6:4 hesabı ilə qələbə qazanan Buzkova təşəbbüsü əldən verməyib. Növbəti hissədə də eyni hesabla qalib gələn Mari Buzkova 1/8 finala yüksəlib.
  Daha bir görüşdə belaruslu Arina Sabalenko ilə amerikalı Medison Brenql üz-üzə gəlib. 2 saat yarım davam edən mübarizədə Sabalenko qələbə qazanaraq mərhələ adlayıb. WTA seriyalı turnirə avqustun 16-da yekun vurulacaq.

CANLI YAYIM