MBA-da mübarizə davam edir

11 Avqust, 12:21 Sosial mediada paylaşın:
  Milli Basketbol Assosiyasının müntəzəm çempionatında növbəti oyunlar keçirilib.Orlandoda keçirilən görüşdə Şərq Konfransında mübarizə aparan “Mayami Hit” və “İndiana Peysers” qarşılaşıb. İlk hissəni Mayami təmsilçiləri 23:19 hesabı ilə öndə başa vurublar. Böyük fasiləyə kimi İndiana basketbolçuları tarazlığı bərpa ediblər. Lakin növbəti iki dövrədə daha yaxşı təsir bağışlayan “Mayami Hit” yekunda 114:92 hesabı ilə qələbə qazanıb.
  Komandanın üzvü Cimmi Batler 19 xal və 11 ribaundla görüşün ən yaxşı basketbolçusu olub.
 

CANLI YAYIM