“Sabah” “Qəbələ”yə qalib gəldi

11 Avqust, 10:40 Sosial mediada paylaşın:
  Növbəti mövsümə hazırlaşan “Sabah” və “Qəbələ” klubları yoxlama oyununda üz-üzə gəlib. Masazır qəsəbəsindəki stadionda keçirilən oyunda “Sabah” rəqibini 2:0 hesabı ilə məğlub edib. Komandanın qollarını Abbas Ağazadə və Məhəmməd Mirzəbəyov vurub. "Sabah" bundan əvvəl Qəbələdə təlim-məşq toplanışı çərçivəsində "Qarabağ"ı (2:1), "Sumqayıt"ı (1:0), "Neftçi"ni (5:2) məğlub edib, "Qəbələ" isə "Zirə" ilə heç-heçə (0:0) edib, "Səbail"ə uduzub (1:2), "Sumqayıt"a qalib (2:1) gəlib.
  Qeyd edək ki, bu oyunu ötən gün Bakıya gələn milli komandamızın baş məşqçisi italiyalı Canni De Byazi də izləyib.

CANLI YAYIM