MXL:Həlledici mərhələnin cütlükləri müəyyənləşdi

10 Avqust, 14:00 Sosial mediada paylaşın:
  Milli Xokkey Liqasında əsas pley-off mərhələsinin bütün iştirakçıları məlumdur. Bu mərhələdən başlayaraq komandalar ənənəvi qaydada, yəni 4 qələbəyədək mübarizə aparacaqlar.
  Şərq konfransının qrup mərhələsinin son oyununda “Vaşinqton Kapitals” “Boston Bruinsi” məğlub edib.  Qərb konfransının anaoloji yarışında isə “Dallas Stars” “Sent Luis Blyus”dan güclü olub. Günün son qarşılaşmasında isə “Kolambus Blue Cekets”  “Toronto Meypl Lifs”ə 3 cavabsız qol vurub. Bu nəticələrdən sonra həlledici mərhələdə qarşılaşacaq bütün cütlüklər məlum olub.
  Qeyd edək ki, seriyada 4 qələbə qazanan komanda növbəti mərhələyə adlayacaq.  
 

CANLI YAYIM