Maks Ferstappen mövsümdə ilk qələbəni qazandı

10 Avqust, 12:31 Sosial mediada paylaşın:
  Formula 1 üzrə mövsümün sayca 5-ci yarışı başa çatıb. Rəsmi adı “Formula 1-in 70-ci ildönümü” olan  Qran-pridə Maks Ferstappen qalib gəlib. Bu niderlandlı pilotun mövsümdə ilk qələbəsidir.
  Təsnifat mərhələsində pol əldə edən Vallteri Bottas üstünlüyünü qoruya bilməyib. Mersedes komandasının finlandiyalı üzvü 3-cü yerlə kifayətlənib. Finiş xəttini hamıdan tez Redd bull komandasının niderlandlı sürücüsü Maks Ferstappen keçib. Bu onun mövsümdə ilk uğurudur. Son 3 yarışın qalibi Mersedesin britaniyalı pilotu Luis Həmilton 2-ci olub. Ferrai sürücüsü Şarl Lekler 4-cü, Redd bulun üzvü Aleksandr Elbon isə 5-ci nəticə göstərib.
 5 mərhələdən sonra ümumi sıralamada lider dəyişməyib. Luis Həmilton 107 xalla zirvəddədir. Maks Ferstappen qələbə sayəsində 1 pillə irəliləyib. O, 77 xalla 2-ci pilləyə yüksəlib. Ondan 4 xal geri qalan Valtteri Bottas 3-cü pilləyə enib. Şarl Lekler 45 xalla 4-cü, Lando Norris 38 xalla 5-cidir. Mövsümün 6-cı yarışı həftsəonu İspaniyada keçiriləcək.

CANLI YAYIM