“Qarabağ”-“Sileks”oyunu Respublika Stadionunda

10 Avqust, 11:15 Sosial mediada paylaşın:
 Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Makedoniyanın “Sileks” klubu ilə qarşılaşacağını xəbər vermişdik. Koronavirus pandemiyasına görə ilk mərhələlərdə qalib bir oyunla müəyyənləşəcək. “Qarabağ” bu cütlükdə meydan sahibidir və rəqibini Bakıda qəbul edəcək. Artıq oyunun keçiriləcəyi məkan da bəllidir. Görüş Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
 Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin qarşılaşmaları avqustun 18-19-da baş tutacaq.
 

CANLI YAYIM