Sebastyan Fettelin yeni komandası müəyyənləşdi

8 Avqust, 14:00 Sosial mediada paylaşın:
 Formula 1-in digər pilotu Sebastyan Fettelin yeni komandası müəyyənləşib. 4 qat dünya çempionu yeni mövsümdən karyerasını “Rasinq Point” komandasında davam edəcək. 33 yaşlı pilotla 3 illik müqavilə imzalanıb. Onun hazırki komandası olan “Ferrari” ilə müqaviləsi bu mövsümün sonunda yekunlaşacaq.Fettel meksikalı  Serxio Peresi əvəz edəcək.
 Qeyd edək ki, İngiltərənin "Racing Point" komandası növbəti ildən "Aston Martin" adlanacaq.
 

CANLI YAYIM