İngiltərə futbolunda vacib qərarlar

8 Avqust, 10:30 Sosial mediada paylaşın:
 İngiltərə Premyer Liqasında mübarizə aparan klublar 2020/2021-ci illər mövsümü üçün Video-assistant-referee sisteminin tətbiqi və əvəzetmə sayını müzakirə edib.İngiltərə mətbuatının məlumatına görə, ümumi toplantıda əvəzetmədən istifadə qaydasının əvvəlki formada olması ilə bağlı qərar verilib. Komandalar 5 deyil, 3 əvəzetmənin tərəfdarı olduqlarını bildirib. Toplantıda qeyd olunub ki, yeni tətbiq olunan 5 əvəzetmə qaydası yalnız böyük klubların işinə yarayır.Bundan başqa, iclasda VAR sistemindən FIFA qaydalarına tam uyğun şəkildə istifadə olunması qərara alınıb.
 Xatırladaq ki, FIFA koronavirus pandemiyasına görə dayandırılan mövsümün bərpasından sonra qalan matçlarda 5 oyunçu dəyişikliyinə icazə vermiş, daha sonra bu qayda 2020/2021-ci illər mövsümünün sonuna qədər uzadılmışdı. Lakin hər liqa bununla bağlı qərar vermək səlahiyyətlərini saxlayıb.

CANLI YAYIM