Avropa liqası: “Bayer” və “Sevilya” ¼ finalda

7 Avqust, 13:36 Sosial mediada paylaşın:
 Avropa Liqasında bütün ¼ finalçılar müəyyənləşib. İlk görüşdə qələbə qazanan “Bayer” cavab matçında da azarkeşlərini sevindirib.
 Səfərdə 3:1 hesabı ilə qələbə qazanan “Bayer” bu dəfə “Reyncers”lə öz meydanında qarşılaşıb. Leverkuzen təmsilçisinin üstünlüyü ilə keçən oyunun ilk hissəsində hesab açılmayıb. Fasilədən sonra hücumlarını daha da gücləndirən Almaniya təmsilçisi 51-ci qonaqların müqavimətini qırıb. Musa Diabi hədəfdən yayınmayıb. Minimal hesabla qalib gələn “Bayer” ¼ finala yüksəlib.
 Neytral meydanda - Almaniyanın Duisburq şəhərində keçirilən “Sevilya” – “Roma” matçında 2 qol vurulub. Oyuna daha yaxşı başlayan İspaniya təmsilçisi 22-ci dəqiqədə hesabı açıb. Serxio Reqilon fərqlənib. Fasiləyədək “Sevilya” futbolçuları yenidən rəqib qapısına yol tapıblar. Yusif Ən Nəsri 2-ci və sonuncu qolun müəllifi olub. 2 cavabsız qola qalib gələn “Sevilya” mərhələ adlayıb.

CANLI YAYIM