MXL:Həlledici mərhələnin oyunları davam edir

6 Avqust, 12:54 Sosial mediada paylaşın:
  Şərq konfransının ən yaxşı 4 komandasının çıxış etdiyi qrupda 2-ci tur başlanıb.“Tampa Bey Laytninq” 2-ci görüşündə də qalib gəlib. Komanda “Boston Bruins”i məğlub edib 3:2.
 Qərb  konfransının  qrupunda  isə  “Kolorado  Evalanş” uğurlu çıxışını davam etdirib.  Komanda  2-ci  matçında  “Dallas Stars”dan 4 cavabsız qolla üstün olub.  Pley-off mərhələsinin görüşləri daha gərgin keçir. “Monreal Kanadiens” – “Pitsburq Pinquins” qarşılaşmasında 7 qol vurulub. Oyunun gedisində “Pitsburq” komandası 3:1 hesablı üstünlük əldə etsə də, yekunda “Monreal” təmsilçisi 4:3 hesablı qələbə qazanıb. Bununla da “Monreal Kanadiens” seriyada 2:1 hesabı ilə önə keçib.
 “Çikaqo Bləkxoks” – “Edmonton Oilers” matçı da eyni ssenari ilə keçib. Bu qarşılaşmada Çikaqo klubu 4:3 hesablı qələbə qazanıb.    Bununla da “Bləkxoks” seriyada önə keçib 2:1.
 Qeyd edək ki, umumilikdə 3 qələbə qazanan komanda mərhələ adlayır.

CANLI YAYIM