“Finiks Sanz”qələbəni son saniyədə qazandı

5 Avqust, 12:43 Sosial mediada paylaşın:
 Milli Basketbol Assosiasiyasında Qərb Konfransının iddialılarından “Los-Anceles Klippers” “Finiks Sanz”la qarşılaşıb. Görüş Orlandoda keçirilib.Oyuna daha yaxşı başlayan Finiks təmsilçisi ilk iki hissədə rəqibini məğlub edərək böyük fasiləyə 7 xal fərqilə öndə yollanıb: 63-56.Sonradan əzmkar oyun nümayiş etdirən Los-Anceles basketbolçuları 3-cü hissədə qalib gəliblər. Görüşün sonlarında “Klippers” hətta tarazlığı da bərpa edib. Ruhdan düşməyən rəqib komanda sonuncu saniyədə qələbə qazanıb. “Los-Anceles Klippers” – “Finiks Sanz”: 115-117.
 Görüşün ən yaxşı basketbolçusu Finiks komandasının heyətindən Devin Buker olub. O, 35 xal , 4 ribaund, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
 Yarış cədvəlinə “Los-Anceles Leykers” başçılıq edir.Şərq konfransında isə “Miluoki Baks” liderdir.

CANLI YAYIM