MBA-da pley-off mərhələsi davam edir

4 Avqust, 13:40 Sosial mediada paylaşın:
  Milli Baksetbol Assosiyasının pley-off mərhələsində növbəti oyunları olub.Qərb konfransında çıxış edən iki komanda "Oklahama Siti Tanders" və "Denver Naqqets" qarşılaşıb. Son 3 görüşdə məğlub olan Denver basketbolçuları bu dəfə ümidləri doğruldublar. Əksinə, 7 oyundur ardıcıl qələbəyə sevinən Oklahoma komandası isə məğlub olub.İlk hissədə “Naqqets” 1 xal fərqi ilə üstün olub. İkinci periodu isə 29-27 hesabilə Oklahama təmsilçiləri öndə başa vurublar. Qarşıdakı iki hissədə tərəflər xala xal prinsipi ilə mübarizə aparıblar və hərəyə 109 xal qazanıblar. Qalibi müəyyən etmək üçün əlavə vaxtda  daha yaxşı çıxış edən  “Denver Naqqets”  yekunda 121-113 hesabı ilə qələbə qazanıb.Qonaqların heyətində Maykl Porter 37 xal və 12 ribaundla gecənin ən yaxşı basketbolçusu seçilib.
  Qeyd edək ki, 44-cü qələbəsini qazanan “Denver Naqqets” Qərb konfransında 3-cü pillədə qərarlaşıb. “Oklaham Siti Tanders” 6-cıdır.Yarış cədvəlinə isə “Los-Anceles Leykers” başçılıq edir.Şərq konfransında isə “Miluoki Baks” liderdir.

CANLI YAYIM