Palermoda tennisçilərin Beynəlxalq Turniri başlanıb

4 Avqust, 12:50 Sosial mediada paylaşın:
  Palermoda qadın tennisçilərin beynəlxalq turnirinə start verilib. Mükafat fondu 163 min dollar olan WTA seriyalı turnirdə 1/16 final başlanıb. İlk mərhələdə xorvatiyalı Donna Vekiçlə niderlandlı Aranta Rus qarşılaşıb. Görüş cəmi 1 saat 17 dəqiqə çəkib. Mübarizə xorvatiyalı raketka ustasının üstünlüyü ilə keçib. İlk setdə 6:1 hesabı ilə qələbə qazanan Vekiç təşəbbüsü əldən verməyib. Növbəti hissədə 6:2 hesabı ilə qalib gələn Donna Vekiç 1/8 finala yüksəlib.
  Növbəti mərhələyə adlayanlar arasında almaniyalı Laura Ziqmund, italiyalı Sara Errani, onun həmyerlisi Elizabetta Koçaretto və digərləri var. Pandemiyaya görə 5 aylıq fasilədən sonra keçirilən WTA seriyalı turnirə avqustun 9-da yekkun vurulacaq.

CANLI YAYIM