"Şahmat əfsanələri" turnirində final mərhələsi keçirilir

4 Avqust, 12:34 Sosial mediada paylaşın:
 "Şahmat əfsanələri" turnirində mübarizə sona yaxınlaşır. Yarışın təşkilatçısı Norveçli dünya çempionu Maqnus Karlsenlə yanaşı daha 9 qrossmeysterin qatıldığı turnirdə artıq final mərhələsi davam edir. Həlledici mərhələdə Karlsenlə rusiyalı Yan Nepomnyaşi mübarizə aparır. İlk gündə 6 partiya oynanılıb. Maqnus Karlsen ilk görüşdə qələbə qazandığı halda, heç-heçə ilə davam edib. 3-cü görüşdə Yan Nepomnyaşi qalib gəlsə də, sonradan hesabı qoruya bilməyib. Norveçli qrossmeyster yekunda 4-2 hesabı ilə qalib gəlib. İlk gün üstünlük əldə edən Karlsen bu nəticəni daha da yaxşılaşdırmaq niyyətindədir. Yan Nepomnyaşinin isə qələbədən başqa çarəsi yoxdur.
  Xatırladaq ki, turnirin mükafat fondu 150 min dollardır.

CANLI YAYIM